21 may 2020 16:37
216

3 ayında 12 mindən artıq nikah qeydə alınıb

Bu ilin ilk üç ayında Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 12 127 nikaha daxilolma qeydə alınıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeydə alınmış boşanma hallarının sayı isə 3 823 təşkil edib. Əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,9, boşanmaların sayı isə 1,5 olmuşdur.