25 yanvar 2020 18:16
1099

3 min illik mumyanı danışdırdılar FOTO

Alimlər 3 min il yaşı olan mumyanı danışdırdıqlarını iddia ediblər.

“İki sahil” xəbər verir ki, misirli rahibə məxsus olan mumya son texnologiya ilə həyata keçirilən fəaliyyət nəticəsində adının Nesyamun olduğu bildirib.

Texniki avadanlıqların imkanlarından istifadə edərək Nesyamunun səs yolunun şəklini əldə edən tədqiqqatçılar verilənlərin vasitəsi ilə “3D” proqramla onun səs yolunun surətini çıxarıblar.

İstifadə edilən texnologiya sayəsində tədqiqatçılar “e” səsini əldə ediblər.

Tədqiqatçılar Nesyamunun səsini yumşaq toxumaların zədələnməməsi sayəsində bərpa etdiklərini bildiriblər.

Alimlərin sözlərinə görə, əvvəlcə bir zamanlar yaşamış insanın qalıqları olduğu üçün etik olmayacağını düşünsələr də tabutda aşkarladıqları yazıdan Nesyamunun gələcəkdə səsinin eşidilməsini arzu etdiyi qənaətinə gəliblər. Bu səbəbdən də Nesyamunun səsini bərpa ediblər.