14 may 2022 09:30
243

UEFA prezidenti: Ruslar bu qərarı versə, 100 il geri düşəcəklər

UEFA prezidenti Aleksander Çeferin Rusiya Futbol İttifaqının Asiya Futbol Konfederasiyasına üzv olması ideyasına münasibət bildirib.

"İki sahil" COPE-yə istinadən xəbər verir ki, o deyib: “Bu fikri Rusiya Futbol İttifaqı deyil, hansısa siyasətçi irəli sürüb. Fikrimcə, bu ideya gerçəkləşsə, ruslar 100 il geri düşəcəklər”.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə UEFA Rusiya millisi və klublarını 2022/23 mövsümündə öz bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırıb. İttifaqın üzvlüyü isə saxlanılıb.