14 may 2022 10:15
238

Qapıçısısı PSJ-ni seçim qarşısında qoyur

PSJ-nin qapıçısı Canluici Donnarumma komandanın digər qolkiperi Keylor Navas ilə aralarındakı rəqabətdən danışıb.

"İki sahil" xəbər verir ki, 23 yaşlı oyunçu mövsümün sonunda ya özünün ya da Navasın Paris təmsilçisindən ayrılacağını deyib:

“Keylorla çox yaxşı münasibətim var, biz pis adamlar deyilik. Rəqabətimizlə bağlı bütün vəziyyəti başa düşürük. Lakin bu, çətindir. Biz yükün öhdəsindən yaxşı gəldik, vəzifələri öz aramızda bölüşdürdük. Növbəti mövsümdə yenidən bu səviyyəli rəqabətə sahib olmaq istəyib-istəmədiyimi soruşduqda cavab verərdim ki, klub artıq seçim edəcək və bizdən biri PSJ-ni tərk edəcək”.