16 may 2022 10:50
558

"Yuventus"da yeni kapitan

“Yuventus”un növbəti mövsüm üçün kapitanı müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bunu komandanın baş məşqçisi Massimiliano Alleqri açıqlayıb.

O, A seriyasının son turunda “Latsio” ilə keçiriləcək oyunöncəsi mətbuat konfransında bildirib ki, Circio Kyellininin gedişindən sonra digər mərkəz müdafiəçisi Leoanardo Bonucci kapitan olacaq.

Qeyd edək ki, 37 yaşlı Kyellini mövsümün sonunda "Yuventus"dan ayrılacağını açıqlayıb. 

Bonucci 2010-cu ildən Turin klubunda oynayır. O, 2017/18 mövsümündə "Milan"da çıxış edib.