16 may 2022 14:23
301

Bu gün Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu fəaliyyətini bərpa edəcək

Azərbaycanın Xarkovdaki Fəxri konsulluğu bu gün fəaliyyətini bərpa edəcək.

“İki sahil” xəbər verir ki, bunu açıqlamasında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov deyib.

Fəxri konsul bildirib ki, Rusiyanın raket atışları zamanı Fəxri konsulluğun binasına zərər dəymişdi: “Biz konsulluqda bir otağı bərpa etmişik və bu gündən fəaliyyətə başlamağa qərar vermişdik. Yaxın 2 saat ərzində Fəxri konsulluq Xarkov şəhərində fəaliiyətini bərpa edəcək”.