16 may 2022 14:19
311

Azərbaycanla İsrail arasında kənd təsərrüfatı üzrə əməkdaşlıq müzakirə olunacaq

Azərbaycan və İsrail kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Bunu “İki sahil”ə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirliyinin protokol rəhbəri Toğrul Qafarbəyli deyib.
Onun sözlərinə görə, mayın 18-dən 20-dək Bakıda keçiriləcək “Caspian Agro” kənd təsərrüfatı sərgisi çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə iki ölkənin sahə strukturlarını bir araya gətirəcək biznes forum keçiriləcək.
“Həmçinin İsrailin Kənd Təsərrüfatı Nazirliyi ilə bilavasitə texnoloji əməkdaşlıq və bu texnologiyaların Azərbaycana transferi məsələlərinin də müzakirəsi aparılacaq”, - deyə Toğrul Qafarbəyli qeyd edib.
Qeyd edək ki, Bakıda keçiriləcək danışıqların əsas mövzularından biri də buğdanın İsrailə ixracı olacaq. İsrailin Azərbaycanı kənd təsərrüfatı sahəsində ən son texnologiyalarla təmin etməyə hazır olduğu bildirilib ki, bu da qısa müddətdə ölkədə buğda istehsalının artırılmasına yönəlib.