16 may 2022 14:20
682

“McDonalds” Rusiya bazarından getdiyini açıqlayıb

“McDonalds” Rusiya bazarından getdiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə şirkət açıqlama yayıb.

Bildirilib ki, “McDonalds”-ın Rusiyadakı biznesinin satışına başlanılıb.

Qeyd edək ki, Rusiya Ukrayna müharibəsi səbəbindən Qərbin tətbiq etdiyi sanksiyalar çərçivəsində 500-dənn çox xarici şirkət Rusiya bazarını tərk etdiyini və ya fəaliyyətini dayandırdığını açıqlayıb. “McDonalds” mart ayından etibarən Ukraynadakı müharibəyə etiraz olaraq Rusiyada fəaliyyətini dayandırmışdı. Lakin bununla belə, “fast-food” restoranlar şəbəkəsi işçilərinə əmək haqqını verməyə davam edirdi.