16 may 2022 14:53
640

Asif Məmmədov: O ayaqla futbol oynamazdılar

“Heyətimiz elədir ki, seçim imkanı azdır. Kiçik heyətimiz var. Hansısa futbolçu xəstələnəndə, zədələnəndə onun yerinə oyunçu tapmaq çətin olur”.

 

“İki sahil” xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun kapitanı Asif Məmmədov deyib. O, bu mövsüm bəzən matçlara 3-4 əsas futbolçuları olmadan çıxdıqlarını deyib.

“Məsələn, Urfan Abbasovun hansı vəziyyətdə oyunlara çıxdığını bir Allah bilir, bir də komandadakı futbolçular. O ayaqla futbol oynamazdılar. Sağ olsun ki, o vəziyyətdə sonadək kişi kimi oynadı. İnanmıram ki, onun yerində kimsə olsa, o vəziyyətdə meydana çıxardı. Fikir verdinizsə, Omar və Fernanın zədədən qayıtması bizə böyük üstünlük verdi”.