16 may 2022 15:24
259

KTMT dövlət başçılarının sammiti keçirilir

Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin dövlət başçılarının sammiti keçirilir.

“İki sahil” xəbər verir ki, Kremldə keçirilən sammiti Rusiya prezidenti Vladimir Putin açıb.

O, bu dəfəki sammitin yubiley sammiti olduğunu, 1992-ci ilin mayın 15-də Kolletkriv Təhlükəsizlik müqaviləsinin imzalandığını xatırladıb.

Daha sonra söz KTMT-yə hazırda rəhbərlik edən Ermənistanın baş naziri Nikol Paşinyana verilib.