16 may 2022 15:25
566

Azərbaycanda sənaye istehsalı artıb

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-aprel aylarında 27,4 mlrd. manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “İKi sahil”ə verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 0,3%, qeyri neft-qaz sektorunda isə 15,1% artıb.

Sənaye məhsulunun 74,5 faizi mədənçıxarma sektorunda, 21,1%-i emal sektorunda, 3,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Qeyd olunur ki, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,9% azalıb, əmtəəlik qaz hasilatı isə 16,5% artıb.