Böyük Britaniyada dizelin orta qiyməti bir litr üçün 1,82 funt-sterlinq (2,23 dollar) keçib ki, bu da ölkədə indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.
“İki sahil” xəbər verir ki, bu barədə "Sky News" telekanalı sənaye araşdırmalarına istinadən məlumat verib. Qeyd olunub ki, ölkədə benzinin qiymətini artıran amillərdən biri də Rusiya karbohidrogenlərinin idxalı ilə bağlı Qərb ölkələrinin mümkün yeni məhdudlaşdırıcı tədbirləridir.