16 may 2022 15:46
575

Gürcüstanın iqtisadiyyat naziri buğda ehtiyatının tükənməsinə münasibət bildirib

“Gürcüstanda kifayət qədər un ehtiyatı var və əhalinin qida təhlükəsizliyi baxımından problem yoxdur”.

“İki sahil” xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili brifinqdə deyib.

Onun sözlərinə görə, hökumət üçün əsas məsələ çörəyin qiymətinin hamı üçün əlçatan olmasıdlr: “Qiymət artımı nə hökumətin, nə də ictimaiyyətin marağındadır. Un idxalına süni peoblemlər yaratmaq yolverilməzdir”.

Gürcüstanda müəyyən buğda ehtiyatının da olduğunu qeyd edən nazir hazırda ölkədə çörəyin bahalaşması üçün heç bir zəminin olmadığını bildirib.

Son aylar un idxal etdiyindən Gürcüstanın buğda ehtiyatı tükənmək üzrədir. Dəyirmanlar artıq fəaliyyətlərini dayandırlmalı olurlar. Yaranmış vəziyyət fonunda bəzi çörək istehsalçıları qiymətləri qaldırıb.