17 may 2022 11:04
271

Şərq Tərəfdaşlığı ölkələri ilə Aİ radiotezliklərə dair saziş imzalayacaq

Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqı arasında radiotezlik spektr ehtiyatlarının uzlaşdırılmasına dair regional saziş hazırlanır.

“İki sahil” xəbər verir ki,  bu barədə "Aİ Biznes Mühiti -2021" hesabatında bildirilir.

Qeyd olunur ki, EU4Digital tərəfindən bu kimi sənədlərin hazırlanmasına davamlı dəstək verilib.

"Son illər ərzində EU4Digital tərəfindən Avropa İttifaqı təcrübəsibə əsaslanan Regional Rouminq Sazişi (5 il ərzində regionda rouminq qiymətlərini demək olar ki, 90% aşağı salacağı gözlənilir), gələcək 5G texnologiyası üçün Şərq Tərəfdaşlığı ölkələri və Aİ arasında radiotezlik spektr ehtiyatlarının uzlaşdırılmasına yönələn Radiospekt üzrə Regional Saziş kimi Şərq Tərəfdaşlığı regional sənədlərinin hazırlanmasına davamlı dəstək verilib",- hesabatda bildirilir.