17 may 2022 12:39
656

Klopp: Mbappe ilə maraqlanırıq, amma...

Yurgen Klopp baş məşqçisi olduğu "Liverpul"un PSJ-nin hücumçusu Kilian Mbappe ilə maraqlanmasından danışıb.

"İki sahil" "The Telegraph"a istinadən xəbər verir ki, o deyib: “Əlbəttə Kilian Mbappe ilə maraqlanırıq. Biz kor deyilik. Lakin biz bu mübarizədə iştirak edə bilmərik”.

Qeyd edək ki, fransalı oyunçunun PSJ ilə müqaviləsi bu yay başa çatır. Onunla "Real"ın maraqlandığı bildirilir.