17 may 2022 14:08
614

Ronaldoya bənzəyən Junior

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo etdiyi paylaşımla diqqət çəkib.

“İki sahil” xəbər verir ki, portuqaliyalı hücumçu futbolçu oğlu Juniorla birgə şəklini yayımlayıb. Şəkildə onların fiziki forması yer alıb. Yayda 12 yaşı olacaq Juniorun artıq aktiv şəkildə məşq etdiyi və getdikcə atasına bənzədiyi görülür.

Ronaldo şəkillə birgə bu sözləri yazıb: "Oğlumla bərpa vaxtıdır".

Xatırladaq ki, Junior "Mançester Yunayted"in aşağı yaş qrupları komandasında oynayır.