17 may 2022 16:00
496

İsraildə çempion müəyyənləşdi

İsrail yüksək liqasında 2021/22 mövsümünün çempionu müəyyənləşib.

“İki sahil” xəbər verir ki, bu, "Makkabi" (Hayfa) olub. Komanda 34-cü turda "Hapoel"lə (Berşeva) heç-heçə (1:1) edib və  xallarının sayını 72-yə çatdıırıb. Hayfa təmsilçisi mövsümün sonuna 1 tur qalmış ən yaxın izləyicisi "Hapoel"i 5 xal qabaqlayıb. Beləliklə, "Makkabi" ardıcıl 2-ci dəfə İsrail çempionu olub. 

Learn More

Qeyd edək ki, "Makkabi" tarixində 14-cü dəfə ölkə çempionluğunu qazanıb.