17 may 2022 16:23
651

Dünyanın enerji ehtiyatlarının böyük hissəsi İƏT ölkələrindədir

“İƏT ölkələri ilahi nemətlərlə zəngindir. Dünyanın enerji ehtiyatlarının böyük hissəsi İƏT ölkələrindədir”.

“İki sahil” xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında İran İslam Respublikası İslam Şurası Məclisi Sədrinin birinci müavini Əli Nikzad deyib.

O bildirib ki, bu, bölgə ölkələri üçün misilsiz imkanlar yaradıb: “İƏT PA bizə hökumətlərimiz ilə birlikdə hərəkət etmək imkanı verib, İƏT ölkələrinin hədəflərinə nail olması üçün addımlar atmaq şansı yaradıb. İran İƏT-in əsas və nüfuzlu üzvü kimi fəal regional diplomatiyanı ön plana çıxarır. Üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da artırılmasına çağırırıq. Region xalqlarının maraqlarına cavab verən sazişlərin dəstəklənməsində üzv dövlətlərin parlamentlərinin rolu danılmazdır”.

Əli Nekzad region daxilində ticarətin liberallaşdırılması isitqamətində danışıqlar, üzv ölkələrə daha aşağı faizlərlə kreditlərin verilməsi, daha aşağı rüsumları tətbiq etməyə də çağırış edib.
O bildirib ki, parlamrntlərarası əlaqələrin inkişafı hökumətlər arasınd aəlaqələrin inkişafı üçün də imkanlar yaradır: “davamlı iqtisadi inkişaf üçün turizmin inkişaf etdirilməsi əsas şərtdir. Üzv ölkələrə gələn turistlərə viza rejiminin asanlaşdırılmasını təklif edirik. İran özünə qarşı zalım təzyiqlərə baxmayaq hər zaman bölgədə sülh və sabitliyin tərəfdarı olub. qonşularla fəal əlaqələrin olmasını xarici siyasətində əsas prioritet hesab edir. Artıq pandemiyanın bitməsi üfüqlərdədir. Əminəm ki, bu konfrans pandemiyadan sonrakı dövr üçün fikir mübadiləsi aparmaq üçün yaxşı platforma olacaq".