17 may 2022 17:16
679

Mükafat Qurban Qurbanova veriləcək

2022-ci il üçün Azərbaycan Milli Olimpi­ya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiy­asının ədalətli oyun prinsiplərinə sadiq məşqçi mükafatını alacaq şəxs bəlli olub.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

Onun sözlərinə görə, mükafat "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova veriləcək: "Artıq bunu əminliklə deyə bilərəm. Qurban Qurbanov "Marsel"lə oyunda möhtəşəm feyr-pley jesti etmişdi".

Qeyd edək ki, Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin Fransa "Marsel"i ilə Bakıda keçirilmiş cavab görüşündə "Qarabağ"ın futbolçusu İbrahima Vadjinin vurduğu qolu ləğv etdirib. O, qol epizodunda Vadjinin əllə oynadığını əsas gətirib. Qarşılaşma Ağdam təmsilçisinin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.