18 may 2022 08:08
677

UEFA Avropa Liqası: Bu gün final oynanacaq

Bu gün UEFA Avropa Liqasında 2021/2022 mövsümünə yekun vurulacaq.

"İki sahil" xəbər verir ki, final oyununda Almaniyanın "Ayntraxt" və Şotlandiyanın "Reyncers" klubları üz-üzə gələcəklər. İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.