19 may 2022 15:29
1194

Ayaqlarını itirmiş ukraynalıların ALT-ÜST OLAN HƏYATLARI/FOTOLAR

Rusiya ordusunun Ukraynada hərbi əməliyyatlara başlaması on minlərlə insanın taleyini dəyişdi. Fevraldan davam edən müharibə zamanı xeyli sayda dinc sakin ölüb. İtkilər bu gün də davam edir.

Əzalarını itirmiş ukraynalılar isə həyatlarını dəyişdirən bu dəhşətli travmalarla barışmağa çalışırlar.

“İki sahil” xəbər verir ki, fotoqraf Emilio Morenattinin çəkdiyi bir fotoda Nataşa adlı ana öz övladlarını müşayiət edir. 11 yaşlı Yarik Stepanenko isə əkiz bacısı Yananın əlil arabasını itələyir.

Rusiya raketi Yana, Yarik və anası Nataşanı qərbə, ümid etdikləri təhlükəsiz əraziyə doğru gedən yolda yaxalayıb... Raket onlar evakuasiya qatarına minməyi planlaşdıran zaman Kramatorsk dəmiryol stansiyasına düşüb.

Yana iki ayağını itirib. Nataşa isə sol ayağını dizindən aşağı itirib. 

Bu kimi acı talelərlə üzləşmiş ukraynalıların fotolarını təqdim edirik: