20 may 2022 21:47
790

Makiavellinin "Hökmdar" əsəri ingilis dilində müzakirə edilib

İqtisadiyyat və İdarəetmə fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə universitetinin Elmi kitabxanasında keçirilən tədbirdə Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova “Oxunması zəruri olan kitablar” haqqında imzalanan müvafiq sərəncama əsasən mütəmadi şəkildə tələbələr arasında kitab müzakirələrinin keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, bu günkü müzakirə isə öz fərqliliyi və tələbələrin xarici dil biligilərinin təkmilləşməsi üçün nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universiteti İngilis dili və tərcümə kafedrasının baş müəllimi Aidə Cəlilzadə qeyd edib ki,  xarici dildə kitab oxumaq insanın dünyagörüşünü genişləndirir, daxili dünyasını zənginləşdirir və yaddaşına müsbət təsir göstərir. Oxuduğumuz kitabları təhlil edərək, bu və ya digər personajın yerində olsaydıq nələr hiss edəcəyimizi, necə davranacağını təsəvvür edirik ki, bu da bilavasitə  dünyagörüşümüzə müsbət təsir edir- deyə Aidə Cəlilzadə vurğulayıb.

Sonra İqtisadiyyat və İdarəetmə fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri Nazir Kəngərli belə tədbirlərin gənclərin dünyagörüşünə müsbət təsir göstərdiyini  bildirib.

Sonra əsərin müəllim və tələbələr tərəfindən ingilis dilində müzakirəsinə başlanılıb. Tədbir qarşılıqlı müzakirə şəklində davam edib.

Qeyd olunub ki, intibah dövrünün görkəmli italyan siyasi xadimi, yazıçı, tarixçi, hərb nəzəriyyəçisi Nikolo Makiavelli ən çətin anlaşılan və şərh edilən mütəfəkkirlərdəndir. Beş əsrdir ki, onun ən məşhur əsəri olan “Hökmdar” mütəfəkkirin siyasi nəzəriyyəsi və baxışları isə çoxsaylı rəqibləri tərəfindən müzakirələrə səbəb olaraq hər zaman oxucu auditoriyasını qoruyub saxlayıb. Bildirilib ki, kitab hökmdar və kraliyyət üzvlərinin siyasi hökm və strategiyaları üçün nəzərdə tutulmuş təlim kitabıdır. Əsərin ümumi mövzusu, şahzadələrin şöhrət və sağ qalmaq kimi məqsədlərinin bu məqsədlərə çatmaq üçün hər bir vasitələrdən istifadə etməyə haqq qazandıra biləcəyini qəbul etməkdir.

Tərlan İbrahimova,
NDU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi