20 may 2022 19:29
460

Bu ölkədə “Meymun çiçəyi”nə 20-dən çox yoluxma aşkarlanıb

Portuqaliyada 20-dən çox insanın “Meymun çiçəyi”nə yoluxması halı təsdiqlənib.

“İki sahil” “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə “Expresso” nəşri ölkənin Baş Səhiyyə İdarəsinin məlumatlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu gün 9 yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə bu günə qədər ölkədə yoluxanların sayı 23 nəfərə çatıb.

Son günlərdə dünyada “Meymun çiçəyi” virusu kəskin şəkildə yayılır. Artıq Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Avstraliya, Kanada, Almaniya və İspaniya bu virusa yoluxma ilə bağlı rəsmi məlumatlar veriblər.