21 may 2022 23:20
359

ABŞ-da türkdilli xalqların ictimai fəalları izdihamlı yürüş keçirir

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən 39-cu Türk Günü və Festivalı çərçivəsində türkdilli xalqların ABŞ-da yaşayan icmalarının fəallarının izdihamlı yürüşü təşkil edilib.

“İki sahil” xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.

Qeyd edilib ki, Manhetten adasında baş tutan izdihamlı yürüşdə bayraqlarla bəzədilmiş maşınlar şəhərin əsas meydan və küçələrində dövrə vurublar.

Yürüşdə Azərbaycanın Vaşinqtodakı səfiri Xəzər İbrahim və Türkiyənin səfiri Həsən Murad Mərcan da iştirak edirlər. Azərbaycan icması da yürüşə xüsusi bəzədilmiş avtomobil karvanı ilə qatılıb.

Yürüş davam edir.