22 may 2022 19:28
321

3 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri Pençe-Kaplan əməliyyatı çərçivəsində İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə bazar günü, mayın 22-də Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında terrorçulara qarşı qətiyyətli mübarizənin davam etdiyi bildirilir.