23 iyun 2022 12:56
642

Xəzər-Qara dəniz beynəlxalq nəqliyyat marşrutunun layihəsi hazırdır

“Xəzər-Qara dəniz beynəlxalq nəqliyyat marşrutu üzərində iş aparılır”.

“İki sahil” xəbər verir ki,  bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında bildirib.

O deyib ki, artıq layihə hazırdır və tərəflərə baxılması üçün təqdim edilib:

"Həmçinin rəqəmsal sahədə də böyük işlər aparılır. Bu gün ənənəvi şəhərlərin ağıllı şəhərlərə çevrilməsi qarşımızda dayanan prioritet məsələlərdəndir. Digər tərəfdən, Azərbaycanda əhalinin 81 faizdən çoxunun internetə çıxışı var. 6 milyondan çox abunəçi genişzolaqlı internetlə təmin edilib".