23 iyun 2022 17:49
204

Kiyevə GPS sistemi olmayan haubitsalar verildi

Qərb ölkələri silahların Rusiya hərbçilərinin əlinə keçəcəyindən ehtiyat edərək, Ukraynanı GPS sistemi olmayan M777 haubitsaları ilə təmin ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyindəki mənbəyə istinadən LIGA.net nəşri məlumat yayıb. “Ukraynanın Qərb tərəfdaşlarından aldığı M777 haubitsalarında GPS sistemi çıxarılıb. Çünki hökumətlər və istehsalçılar texnologiyanın saxlanması ilə bağlı qeyd-şərtləri var. Belə ki, müharibə zamanı müəyyən silah növlərinin Rusiya tərəfindən ələ keçirilə biləcəyi anlayışı mövcuddur”, - agentlik bildirib.

Qeyd edək ki, Ukrayna ABŞ-dan yeni raket sistemləri alıb. Bu barədə Ukraynanın müdafiə naziri Oliksiy Reznikov tviter səhifəsində yazıb. “HIMARS raketləri Ukraynaya gəlib. Bunun üçün amerikalı həmkarıma təşəkkür edirəm. Yay Rusiya Silahlı Qüvvələri üçün isti keçəcək”, - paylaşımda bildirilib.