23 iyun 2022 18:31
211

Brüsseldə Ukraynanın Aİ-yə namizəd statusu ilə bağlı müzakirələr başlayıb

Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçılarının iki günlük sammiti öz işinə başlayıb.

“İki sahil” xəbər verir ki,  sammit çərçivəsində Rusiyanın Ukraynaya hücumu, qlobal ərzaq təhlükəsizliyi böhranı və Gürcüstan, Ukrayna və Moldovanın Aİ-yə üzvlük namizədi statusu müraciəti kimi məsələlər müzakirə ediləcək.

Aİ liderlərinin eyni zamanda, Ukraynaya iqtisadi, hərbi, siyasi və humanitar dəstəyin davam etdirilməsini müzakirə edəcəyi bildirilib. Sammit çərçivəsində bu gün Ukrayna və Moldovaya namizəd statusunun verilməsi gözlənilir.