24 iyun 2022 10:16
135

Bakıda park, bağ və istirahət məkanlarının sayı 300-ə çatıb

Bakıda park, bağ və istirahət məkanlarının sayı 300-ə çatıb.

Bu barədə "İki sahil"ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edilib ki, yeni parklar və yaşıllıq məkanlarının yaradılması paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradır.