24 iyun 2022 11:46
587

QDTİB indiyədək Azərbaycana 510 milyon avro kredit ayırıb

Qara Dəniz Ticarət və İnkişaf Bankı fəaliyyətini başlayandan bu günədək Azərbaycanda özəl sektora 510 mln. avro məbləğində kredit vəsaitlati ayırıb.

“İki sahil” xəbər verir ki, bunu QDTİB dəyişən dünyada şaxələndirilmiş və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində rolu adlı konfransda çıxış edərkən maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bununla yanaşı bank yerli maliyyə bazarlarının inkişafinda da iştirak edir.

"2019-cu ildə Bakı Fond Birjasında QDTİB-in korporativ istiqrazları üzrə hərrac keçirildi və cəlb edilən vəsaitin Azərbaycandakı özəl sektorun maliyyələşdirilməsi üçün istifadəsi nəzərdə tutulur. Bununla da QTDTİB Azerbaycanda milli valyuta ilə istiqraz yerləşdirən ilk beynəlxalq maliyyə qurumu oldu",- deyə nazir qeyd edib.