25 iyun 2022 08:37
913

Amerikalı qadın dördüz uşaq dünyaya gətirdi

Massaçusets sakini Eşli Ness dördüz körpə dünyaya gətirib.

“İki sahil” xəbər verir ki, qadın iki oğlan və iki qız doğub.

Həkimlərin sözlərinə görə, dördüz uşaq dünyaya gətirmə ehtimalı 70 milyonda 1-ə bərabərdir.

Qadın bildirib ki, bundan sonra genişlənən ailəsinin rahat həyatının təmin edilməsinin qayğısına qalmalıdır.

“Mənə sərnişin mikroavtobusu lazımdır. Evi böyütməliyəm. İndi işim həddən artıq çoxdur”, - deyə körpələrin anası bildirib.

Qeyd edək ki, əkizlərdən başqa Nessin 7 - 24 yaş arasında daha dörd uşağı var.