25 iyun 2022 15:30
656

Özbəkistanda prezidentlik müddəti artırılır?

Özbəkistanda prezidentlik müddətinin beş ildən yeddi ilədək artırılması barədə qanun layihəsi hazırlanıb.

"İki sahil" xəbər verir ki, “Xalq so'zi” qəzeti Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə hazırlanan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı konstitusiya qanunu layihəsini parlamentin qərarına uyğun olaraq dərc edib.

Sənəddə ölkənin əsas qanununa edilməsi nəzərdə tutulan bir çox dəyişiklər arasında prezidentlik müddətinin beş ildən yeddi ilədək artırılması və ölüm hökmünün qadağan edilməsi barədə təklif də yer alıb.

Prezidentin təklif etdiyi konstitusiya qanunu layihəsi ümumxalq müzakirəsindən sonra referenduma çıxarılacaq.