25 iyun 2022 16:52
650

Ərdoğan ilə Stoltenberq telefonla danışıblar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

“İki sahil” xəbər verir ki, bunu Alyans rəhbəri tviter səhifəsində yazıb.

“Dəyərli müttəfiqimiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Finlandiya və İsveçin NATO-ya müraciətlərini müzakirə etdik. Gələn həftə Brüssel və Madriddə danışıqları davam etdirməyə razılaşdıq”, - Y.Stoltenberq bildirib.