25 iyun 2022 16:46
671

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 2 min 371 test nəticəsində məlum olub ki, 34 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 793 min 140-a yüksəlib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində ölüm faktı qeydə alınmayıb.

Daha 27 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 783 min 267-yə yüksəlib.