25 iyun 2022 18:36
720

Türkiyəli cüdoçu vəfat edib

Türkiyə milli komandasının qadın cüdoçusu Nurdan Almalı 23 yaşında vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Cüdo Federasiyası məlumat yayıb.

Qeyd edilib ki, Sivasdan olan idmançı xərçəngdən ölüb.

Almalı 8 iyun 2019-cu ildə Bosniya və Herseqovinanın Zvornik şəhərində gənclər arasında Balkan çempionatında 63 kq çəki dərəcəsində gümüş medal qazanıb.