25 iyun 2022 19:47
697

Avropa Kuboku: Cüdoçumuz bürünc medal qazanıb

Azərbaycanın qadın cüdoçusu Aytac Qardaşxanlı Bosniya və Herseqovinanın Banya Luka şəhərində gənclər arasında keçirilən Avropa kubokunda bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada fransalı Yuliye Falqonla qarşılaşıb.

Rəqibinə qalib gələn Qardaşxanlı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.