26 iyun 2022 01:48
745

Türkiyədə müəllimlərin olduğu avtobus aşıb

Türkiyənin Ordu şəhərində dekan və müəllimləri daşıyan mikroavtobus aşıb.

"İki sahil" xəbər verir ki, hadisə Gölköy mahalına bağlı Ulugöl məhəlləsində qeydə alınıb.

Qəza nəticəsində 1 dekan həyatını itirib, 2-si ağır olmaqla 19 nəfər yaralanıb.

Hadisə Ordu Universitetində 27-ci Dekanlar Şurasının toplantısından qayıdarkən baş verib. Mikroavtobusda ümumilikdə 25 nəfər olub.

Qəza ilə bağlı araşdırmaya başlanılıb.