26 iyun 2022 02:33
776

Gürcüstanda xarici turistləri daşıyan mikroavtobus dərəyə yuvarlanıb

Gürcüstanın Kaxeti rayonunda turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb.

“İki sahil” xəbər verir ki, hadisə nəticəsinə 11 nəfər xəsarət alıb.

Xəsarət alanlardan doqquzunun əcnəbi turist olduğu bildirilir.

Yaralılar təcili tibbi yardımla xəstəxanaya çatdırılıb, onlardan ikisinin durumunun ciddi olduğu bildirilir.

Faktla əlaqədar araşdırmalara başlanılıb.