28 iyun 2022 18:05
528

İtaliya şirkəti ilə energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO

Energetika naziri Pərviz Şahbazov İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Guiseppe Marinonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, görüşdə şirkətlə energetika sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Nazir Azərbaycanda enerji keçidi istiqamətində görülən işlər, “yaşıl enerji” layihələri və “yaşıl elektrik” ixracı planları haqqında danışıb. Ölkəmizdə təbii qazın elektrik enerjisi istehsalı ilə enerji resurslarının şaxələndirilməsi istiqamətində vacib rolunu qoruduğu bildirilib. Qeyd edilən bütün sahələrdə özəl şirkətlərlə əməkdaşlığın prioritet istiqamətlərdən olduğu vurğulanıb.

Baş icraçı direktor Cuzeppe Marino isə şirkətin fəaliyyəti, başa çatdırılmış qlobal layihələri və son illərdə əldə edilmiş uğurları haqında məlumat verib, ənənəvi elektrik stansiyaların qurğu və avadanlıqlarının təbii qazla yanaşı hidrogen istifadəsi üzrə modifikasiyası istiqamətində nailiyyətləri barəsində danışıb.