YAP Cəlilabad rayon təşkilatının rəhbərliyi, aparat işçiləri və partiya fəalları Cəlilabad rayon Moranlı kəndində şəhid Qasımov Xalid Rafiq oğlunun doğum günü ilə əlaqədar şəhidin məzarını ziyarət edib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanımızın məzarı üzərinə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər.
“İki sahil” xəbər verir ki, sonra tədbir iştirakçıları şəhidin ailə üzvlərini ziyarət edərək, onların qayğı və problemləri ilə maraqlanıblar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını və razılıqlarını ifadə ediblər.