05 fevral 2016 17:52
10574

“AzVirt” şirkətinin fəaliyyətini yüksək dəyərləndirilib

Azərbaycanın “AzVirt” şirkətinin Serbiyada Belqrad-Yujnı Yadran magistral yolunun Lyiq-Prelina hissəsinin (11-ci Dəhliz) tikintisini və bu ölkənin Savinats ərazisində tunelqazma işlərini başa çatdırması münasibətilə tədbir keçirilib.

Tədbirdə Serbiyanın Baş naziri Aleksandr Vuçiç, Baş nazirin müavini, tikinti, nəqliyyat və infrastruktur naziri xanım Zorana Mihayloviç, Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənov iştirak ediblər.

A.Vuçiç tikinti işlərinin keyfiyyətlə və qrafikə uyğun aparıldığını vurğulayaraq, Belqrad-Yujnı Yadran magistral yolunun Lyiq-Prelina hissəsinin tikintisini həyata keçirən Azərbaycanın “AzVirt” şirkətinin fəaliyyətini yüksək dəyərləndirib. O, layihə başa çatdırıldıqdan sonra şirkətin Serbiyadakı digər infrastruktur layihələrin reallaşdırılmasında fəaliyyətini davam etdirəcəyinə ümidvar olduğunu bildirib.

Baş nazir görülmüş işlərə böyük əmək sərf edildiyini və tikilmiş yolların gələcək nəsillərə miras olaraq qalacağını vurğulayıb. Bu layihədə iştirak edən hər kəsə minnətdarlığını bildirən Serbiyanın Baş naziri yolların insanları birləşdirdiyini və yeni həyat tərzi olduğunu diqqətə çatdırıb.