Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağına aviazərbələr endirməsini qətiyyətlə pisləyib və insidentlərin münaqişənin yeni raunduna çevrilməmişdən əvvəl dərhal dayandırılmasının vacibliyini vurğulayıb.
“İki sahil” xəbər verir ki, nazirliyin açıqlamasında qeyd edilib: “Biz mülki şəxslərin, o cümlədən uşaqların hücumlar nəticəsində ölməsini qəbuledilməz hesab edirik. Hücumlardan sonra bölgədə artan gərginlikdən dərin narahatıq”.