07 avqust 2022 18:11
510

Rusiyalı deputat “Bild”in jurnalistini öldürməklə hədələyib

Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Almaniyanın “Bild” telekanalının jurnalistini öldürməklə hədələyib.

“İki sahil” xəbər verir ki, o, bunu “Rossiya 1” telekanalının efirində bəyan edib.

Siyasi şou iştirakçıları Almaniyadan olan kanalın aparıcılarının bəyanatını müzakirə ediblər.

Hadisə “60 dəqiqə” verilişinin canlı yayımı zamanı baş verib.

Dövlət Dumasının deputatı alman jurnalistlə Ukraynada görüşəcəyi təqdirdə onu öldürəcəyinə söz verib.