07 avqust 2022 18:27
503

Zelenski ilə Şarl Mişel arasında telefon danışığı olub

Ukrayna Prezident Volodimir Zelenski ilə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında telefon danışığı olub. Danışıq zamanı mövzularından biri də Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasını (AES) atəşə tutması olub.

"İki sahil" xəbər verir ki, bu barədə dövlət başçısı tviter səhifəsində yazıb.

Belə ki, Zelenski Mişele cəbhədəki vəziyyət, eləcə də Rusiya ordusu tərəfindən Zaporojye AES-in atəşə tutması barədə məlumat verib.

“Rusiyanın nüvə terroru beynəlxalq ictimaiyyətdən daha qətiyyətli cavab tələb edir”.

Siyasətçilər həmçinin “taxıl dəhlizi”nin işə salınması və Krım platforması sammitinə hazırlığı müzakirə ediblər.

Zelenski Avropa Şurasının prezidentindən Ukraynaya makro-maliyyə yardımı paketinin ən qısa zamanda açılmasına kömək etməyi xahiş edib.