Azərbaycanda son sutkada koronavirus (COVID-19) 1 min 424 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 222, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 72, “buster” doza ilə peyvənd olunanların sayı 934, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 196 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 829 min 27, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 368 min 516, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 858 min 862 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 345 min 731, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 255 min 918 nəfərdir.