07 avqust 2022 19:48
526

Qəzzada atəşkəs olacaq?

Bu gün Qəzza zolağında İsrail Müdafiə Qüvvələri ilə "İslami Cihad" qruplaşmasının nümayəndələri arasında atəşkəs qüvvəyə minəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Misir rəsmilərinin yaxın vaxtlarda bununla bağlı açıqlama verəcəyi bildirilir. Atəşkəsin yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00) qüvvəyə minəcəyi gözlənilir. Bunun nə qədər davam edəcəyi hələ məlum deyil.

Eyni zamanda, nə İsrail, nə də “İslami Cihad” qruplaşması indiyədək atəşkəs barədə razılıqlarını açıq şəkildə bəyan ediblər.

Xatırladaq ki, daha əvvəl “The Times of Israel” mənbələrə istinadən İsrailin atəşkəsə razılaşdığını və Fələstindən cavab gözlədiyini yazıb.

Bundan əvvəl ölkənin maliyyə naziri Aviqdor Liberman İsrailin Qəzza zolağında əməliyyatı dayandırmağa hazır olduğunu bildirərək, bunun üçün şərtləri açıqlayıb.