07 avqust 2022 19:57
543

Çində tarixi körpü yanıb

Çinin ən uzun taxta körpüsü sayılan “Pingnan Vanan” yanğın nəticəsində tamamilə dağılıb.

"İki sahil" xəbər verir ki, yanğının ötən gecə başladığı, bu günə kimi tam söndürüldüyü və tələfatın olmadığı bildirilib.

Ümumi uzunluğu 98,2 metr, eni 4,7 metr olan körpünün 917 il əvvəl (960-1279) tikildiyi bildirilir. “Pingnan Vanan” Çində ən uzun tağlı taxta körpü hesab olunurdu.