08 avqust 2022 12:04
2153

Milli Qəhrəman Maşallah Abdullayev evində ziyarət olunub FOTO

96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisin deputatı Anar Məmmədov Milli Onkologiya Mərkəzində cərrahiyə əməliyyatı olunan Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevi evində ziyarət edib.

“İki sahil” xəbər verir ki,  Anar Məmmədov Milli Qəhrəmanın səhhəti, əməliyyatdan sonrakı müalicəsinin gedişatı ilə maraqlanıb, mənəvi dəstəyini bildirərək ona şəfa diləyib, ailənin qayğıları ilə maraqlanıb. Onu qeyd edək ki, Maşallah Abdullayev Birinci Qarabağ müharibəsi ərəfəsində könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə fəal iştirak edib, Ağcakənd də daxil olmaqla neçə-neçə kəndin erməni işğalçılarından azad edilməsində böyük xidmətləri olub.

Milli Qəhrəman Maşallah Abdullayev də ona göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib.