09 avqust 2022 08:49
591

ÇL: Bu gün III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

“İki sahil” xəbər verir ki, 10 qarşılaşmanın hamısı eyni gündə gerçəkləşəcək.

Azərbaycan təmsilçisi "Qarabağ" Macarıstanda "Ferenstvaroş"la üz-üzə gələcək. Bakıdakı ilk görüşdə qalib müəyyənləşməyib – 1:1.

Moldova "Şerif"i Çexiyada "Viktoriya" (Plzen) kollektivinin qonağı olacaq. Kişineudakı ilk qarşılaşmada "Şerif" 1:2 hesabı ilə uduzub. Bu cütün qalibi pley-offda "Qarabağ" – "Ferentsvaroş" duelinin güclüsü ilə görüşəcək.

Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiyada Bolqarıstan "Lüdoqorets"ini sınağa çəkəcək. Zaqreb klubu ilk matçda qalib gəlib – 2:1. "Dinamo" mərhələ adlayacağı təqdirdə növbəti raundda “Budyo Qlimt” (Norveç) – “Jalqiris” (Litva) cütünün qalibi ilə görüşəcək.

UEFA Çempionlar Liqası

cavab oyunları

20:00. "Jalgiris" (Litva) – “Budö/Qlimt” (Norveç)

İlk oyun – 0:3

21:00. “Apollon” (Kipr) – “Makkabi” (Hayfa, İsrail)

İlk oyun – 0:4

21:00. "Viktoriya" (Plzen, Çexiya) – "Şerif" (Moldova)

İlk oyun – 2:1

21:00. “Pünik” (Ermənistan) – “Srvena Zvezda” (Serbiya)

İlk oyun – 0:5

21:45. "Midtüllann" (Danimarka) – "Benfika" (Portuqaliya)

İlk oyun – 1:4

22:00. "Ferentsvaroş" (Macarıstan) – "Qarabağ" (Azərbaycan)

İlk oyun – 1:1.

22:00. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Ludoqorets" (Bolqarıstan)

İlk oyun – 2:1

22:30. PSV (Niderland) – "Monako" (Fransa)

İlk oyun – 1:1.

22:30. “Şturm” (Avstriya) – “Dinamo” (Kiyev, Ukrayna)

İlk oyun – 0:1

22:45. "Reyncers" (Şotlandiya) – "Yunion" (Belçika)

İlk oyun – 0:2