09 avqust 2022 09:40
646

Şahmat Olimpiadası: Azərbaycan komandaları sonuncu oyunlarına çıxıb

Kişi və qadınlardan ibarət Azərbaycan millisi bu gün Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında sonuncu görüşlərini keçirir.

“İki sahil” xəbər verir ki, kişilərdən ibarət yığma XI turda Serbiya ilə, qadınlar isə Gürcüstanın müvafiq kollektivi ilə üz-üzə gəlir.

XI tur

Azərbaycan - Serbiya

Şəhriyar Məmmədyarov - Aleksandr İndiç

Rauf Məmmədov - Velmir İviç

Qədir Hüseynov - Markus Robert

Vasif Durarbəyli - İvan İvanişeviç

Azərbaycan - Gürcüstan

Günay Məmmədzadə - Nana Caqnidze

Xanım Balacayeva - Nino Batsiaşvili

Gövhər Beydullayeva - Lela Cavaxişvili

Ülviyyə Fətəliyeva - Meri Arabidze

Qeyd edək ki, kişilərdən ibarət yığma hazırda 14 xalla 19-cu, qadınlar isə 16 xalla üçüncü pillədə qərarlaşıb.